Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Yeni medal kimlərə veriləcək? – FOTO

Yeni medal kimlərə veriləcək? – FOTO

Azərbaycanda yeni medal təsis olunur.

Trend-in məlumatına görə, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcək.

“Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medal naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülüb, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

Qanun layihəsi baxılması üçün Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …