Ana səhifə / Cəmiyyət / Yasların keçirilməsinə bu şərtlə icazə verilə bilər – DEPUTAT

Yasların keçirilməsinə bu şərtlə icazə verilə bilər – DEPUTAT

“Düşünürəm ki, toy və nişan mərasimlər kimi yas mərasimlərinin də keçirilməsinə icazə vermək olar. Ancaq bu mərasimlərdə iştirakçı limitinin müəyyən olunması və qaydalara taş şəkildə əməl edilməsi şərti ilə”.

Bunu Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Millət vəkili qeyd edib ki, əsas məsələ odur ki, yas mərasimlərinin keçirilməsi zamanı vətəndaşlar öz sosial məsuliyyətlərini dərk edib, karantin rejiminin qaydalarında riayət etsinlər:“Bu sosial məsuliyyət dərk olunmasa, qaydalara riayət olunmasa təbii ki, biz yenidən geriyə qayıda bilərik. Pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Hazırda ölkəmiz bu sahədə çox böyük uğurlar əldə edib və dünya bizi nümunə göstərir. Ona görə də dövlətin bu siyasətinə hər bir vətəndaş öz sosial məsuliyyətini dərk edərək dəstək verməlidir. Yəni biz birlikdə güclüyük devizi bu gün də aktual olmalıdır. Yas mərasimlərinin keçirilməsinə icazə verilsin. Bir şərtlə ki, mərasimlərin keçirilməsi zamanı insanlar bütün müvafiq qaydalara tam şəkildə əməl edəcək”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …