Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Yasında “selfi” çəkilən qadının oğlu danışdı: “O videonu ona görə çəkmişdik ki…” (Video)

Yasında “selfi” çəkilən qadının oğlu danışdı: “O videonu ona görə çəkmişdik ki…” (Video)

Azərbaycanda yas yerindən selfi edən xanımın videosu sosial şəbəkələrdə trendə çevrilib.

Vətəndaşlardan biri anasının yas yerindən selfi edib və deyib: “Qoy duysun hamı. Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”

AZXEBER.COM hadisə ilə bağlı mərhumun oğlu Əliağa Cəfərov ilə əlaqə yaradıb.

O hadisənin təfərrüatını danışıb.

– Necə oldu ki, bacınız yas mərasimində “selfi” çəkmək qərarına gəldi?
– Mən çox əsəbiyəm, neçə gündür ki, ailəmiz özünə gələ bilmir. Hadisənin təfərrüatını sizə danışmaq istəyirəm. Həmin xanım dekabr ayının 2-də dünyasını dəyişib. Mərhumun qızı da o videonu çəkərək Türkiyədə yaşayan yaxın qohumumuza göndərib. Bunu ona görə edib ki, həmin şəxs o anda ölkəyə gələ bilməyib. Sadəcə o burada olmadığı üçün özünü günahkar hesab deyə bu video ona göndərilib ki, sakitləşsin. Burada qeyri-adi nə var axı? Hamımızın qohumu biz yanında olmayanda ölə bilər. Bu heç də günah deyil.

– Bəs necə oldu ki, video bu qədər geniş yayıldı?
– Videonu hansısa vicdansız, hansısa qeyrətsiz yayıb. Biz bunu axtarırıq, artıq məsələ ilə bağlı bütün qurumlara məlumat verilib, onlar araşdırma aparır. Biz hələ də bilmirik ki, videonu kim yayıb, kim paylaşıb. Bu ilk olaraq “vatsap”da yayılıb, sonra isə “facebook” və “instagram”da paylaşılıb. Kimin etdiyini isə bilmirəm, ancaq mən bu işin sonuna qədər gedəcəm və o adamı tapıb, cəzalandıracam.

– Ola bilərmi ki, bu videonu göndərdiyiniz adamın özü yayıb?
– O adam bizim yaxın qohumumuzdur, mənim nənəmdir. O necə yaya bilər? Mən özümdən çox ona inanıram, o yaymayıb.

– Sosial şəbəkələrdə bu “selfi”yə görə ailənizi tənqid etdilər. Bu haqda nə deyə bilərsiz?
– Hansısa şərəfsiz bu videonu yayıb, başqa şərəfsizlər də yazıb ki, guya mənim bacım bunu reytinq xatirinə edib. Görəsən, bunu edənlərin Allahı yoxdur, onların yaxınları ölməyib? Adam da anasının ölümündən reytinq qazanar? Mən hər birindən şikayət etmişəm və bizi söyənlər cəzalarını alacaqlar. Bu reytinq xatirinə edilməyib, sadəcə xaricdə yaşayan qohumumuza göndərilib ki, sakitləşsin.

– “Selfi” çəkən xanım bu video bu qədər geniş yayılandan sonra özünü necə hiss edir?
– O ananın ölümü psixoloji sarsıntı keçirmişdi, bu da ona növbəti zərbə vurdu. Hələ də özünə gələ bilmir. Bilmirik ki. anamıza ağlayaq, yoxsa hansısa vicdansız bu hərəkətinə.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …