Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

Nazirlər Kabineti “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, Qaydada 1.9-cu bənd yeni redaksiyada verilib.Yeni varianta əsasən, fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları var.

Bu bəndin əvvəlki variantında belə qeyd edilib ki, fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ var.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …