Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / YAP üç biznesmen deputatı “sildi”

YAP üç biznesmen deputatı “sildi”

V çağırış parlament seçkilərinə rəsmən start verilsə də, Yeni Azərbaycan Partiyası hələki namizədlər siyahısını elan etməyib. Bütün ictimaiyyətin diqqəti hakim partiyanın namizədlər siyahısına yönəlsə də, YAP rəhbərliyi məlum siyahını gizli saxlamağa çalışır. Hətta əksər YAP-çı deputatların özlərinin də bu siyahı haqqında məlumatlı olmadığı, bu səbəbdən qəti qərara gəlmədiyi iddia olunur.

Aktual.az-a daxil olan məlumata görə, YAP-ın siyahısında xeyli sayda yeni adlar var. Hazırda fəaliyyət göstərən bəzi deputatların isə siyahıda yer almadığı da gələn xəbərlər arasındadır.
Özəl mənbələrdən aldığımız məlumata görə, hakim partiyanın xətti ilə parlamentə mandat qazanan daha dörd deputat bu dəfə YAP-ın siyahısında yer almayıb.
Bunlardan biri 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini parlamentdə təmsil edən deputat, professor Astan Şahverdiyevdir. Azərbaycan Texniki Universitetində kafedra müdiri işləyən, 68 yaşlı A.Şahverdiyevin özünün də bundan xəbəri var.
55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən deputat Arif Əşfərov da hakim partiyanın siyahısında kənarda qalıb. Deputatlıq fəaliyyəti boyunca heç bir aktivliyi müşahidə olunmayan A.Əşrəfovun məhz bu səbəbdən siyahıda yer almadığı deyilir.
57 saylı Kürdəmir seçki dairəsini təmsil edən Fərhad Qəribovun adına da hakim partiyanın siyahında rast gəlmək olmur. Biznes fəaliyyəti ilə məşğul olan deputatın özünün də bundan xəbərdar olduğu deyilir.
Heç şübhəsiz YAP-ın siyahısından kənarda qalan digər deputatlar da var. Bu barədə isə biz bir neçə gün sonra, hakim partiya namizədlər siyahısını elan etdikdən sonra xəbər tutacağıq.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın