Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “YAP desə ki, müharibəyə get, mən gedəcəyəm” — Ağacan Əbiyev

“YAP desə ki, müharibəyə get, mən gedəcəyəm” — Ağacan Əbiyev

Milli Məclisin yaşlı deputatlarının növbəti parlament seçkilərinə qatılmayacağı barədə ehtimallar irəli sürülür. 

Milli Məclisin ən yaşlı üzvlərindən olan Ağacan Əbiyevlə söhbəti təqdim edirik.

Məlumat üçün deyək ki, Ağacan Əbiyevin 82 yaşı var. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 

Ağacan Əbiyevin siyasi mənsubiyyətinə gəlincə, o, hakim Yeni Azərbaycan Partiyasını (YAP) seçib. Deputat “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Ağacan Əbiyev növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyi hələlik heç nə deyə bilməyəcəyini söyləyib. Deputat bildirib ki, bu, partiyanın qərarından asılı olacaq. “Bu barədə heç nə deyə bilmərəm. Partiyanın qərarı olmalıdır. Ancaq indi heç nə bilinmir. Hələ bu məsələ haqqında heç kim heç nə fikirləşmir”,- deyə Ağacan Əbiyev vurğulayıb.

Yaşlı deputatların növbəti seçkilərə buraxılmayacağı barədə ehtimallara gəlincə deputat deyib: “Bu problem deyil ki. Gözləsinlər də bir az. Bəlkə istəyirlər ki, kimsə nə vaxt öləcək, onu da yazaq. Səbr etmək lazımdır. Hər şeyin qayda-qanunu var. Bu bir adamın işi deyil. Burda təşkilat var, insanlar var. Mən özüm özümü seçmirəm ki. Təklif olmalıdır. Tələsməyin. Bir aydan sonra biləcəksiniz”.

Ağacan Əbiyev partiyanın qərarı olacağı təqdirdə seçkiyə qatılıb-qatılmayacağı barədə sualı belə cavablandırıb: “Partiya desə ki, hücuma keç, müharibəyə get, mən gedəcəyəm”. Yenisabah.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …