Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / YAP ağacəkmə kampaniyasına başlayıb

YAP ağacəkmə kampaniyasına başlayıb

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyasının açılışında YAP-ın sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və YAP-ın çoxsaylı üzvləri iştirak ediblər.

Bakı ətrafında start verilən bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

Vitse-spiker Bahar Muradova bildirib ki, Yeni Azərbaycan Partiyasının bu ənənəsi uzun illərə söykənir: “Biz yaz-payız mövsümündə, eyni zamanda, əlamətdar günlərdə kollektiv olaraq Bakı şəhərinin və regionlarımızın yaşıllaşdırılması işində yaxından iştirak edirik. Azərbaycanda YAP-ın təşkilatçılığı ilə salınmış çoxsaylı parklar var. Bununla da Yeni Azərbaycan Partiyası ictimai-siyasi həyatımızda olduğu kimi, ekoloji sahədə də səmərəli fəaliyyətini davam etdirir. Bu aksiya ilə partiya üzvləri cəmiyyət üçün bir nümunə göstərirlər”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …