Azinforum.az ANAMA-ya istinadən xəbər verir ki, oktyabrın 28-də daxil olmuş zəngə əsasən Sitalçay kəndi ərazisində yerləşən 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 120 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 701 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 796 500 kv.m (79.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 56 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 13 669 ədəd partlamamış hərbi sursat (PHS), 5 887 ədəd partlamış-yanmış sursat qalıqları və 53 659 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 55 683 658 kv.m (5 568 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.