Ana səhifə / Cəmiyyət / Xızı hərbi hissəsindəki partlayışla bağlı – Təmizləmə əməliyyatı

Xızı hərbi hissəsindəki partlayışla bağlı – Təmizləmə əməliyyatı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilib.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 7-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 207 ədəd partlamamış hərbi sursat (PHS), 56 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 601 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 879 100 kv.m (87.91 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 36 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 37 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 10 933 ədəd partlamamış hərbi sursat (PHS), 4 476 ədəd partlamış-yanmış sursat qalıqları və 22 162 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 41 236 828 kv.m (4 124 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …