Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır – VİDEO

Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır – VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 18-dən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılıb.  

Baku.Tv xəbər verir ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və minik avtomobillərinə şamil edilib.  

Artıq bir neçə gündür ki, “Samur” buraxılış məntəqəsinin qarşısında yalnız yük avtomobillərini görmək mümkündür. Hazırda sərhəd buraxılış məntəqəsində yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı bir məhdudiyyət yoxdur.  

Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir. Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.  

Dövlət Gömrük Komitəsi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində zəruri addımlar atılır. 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …