Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Xaricdən gələn bağlamalar açılır və içindən nəsə götürülür?

Xaricdən gələn bağlamalar açılır və içindən nəsə götürülür?

Dəfələrlə sosial şəbəkələrdə, bəzi KİV-lərdə “Azərpoçt”un filiallarına gələn bağlamaların açıldığı və bəzi məhsulların yoxa çıxdığına dair iddialar səsləndirilib. Şikayətlər elə indi də davam edir. Bunlar, əsasən, xarici ölkələrdən və yaxud xarici alış-veriş saytlarından edilən sifarişlərlə bağlı olur. 

Oxu.Az-ın əməkdaşı məsələni araşdırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxlayıb. 

G.Gözəlova bu iddiaları “əsassız” adlandırıb. Onun sözlərinə görə, xarici ölkələrdən gələn bağlamalar tranzit üsulla Azərbaycana gətirilir:

“Kimsə bağlamanın zədəli olduğunu iddia edirsə, bununla bağlı onu həmin poçt filialında yoxlamalı və şikayət ərizəsi yazmalıdır. Şikayətə baxılması ilə bağlı “Azərpoçt” tərəfindən 15 gün müddətinə vətəndaşa cavab verilir. Araşdırma üç ay müddətində davam edir və təsdiqini tapsa, o zaman həmin şəxsə dəymiş zərər bağlamanın zədələndiyi ölkə tərəfindən ödənilir. 

Hər hansı vətəndaş bağlamanı götürüb, yoxlamadan evə aparırsa və məlum olursa ki, nəsə çatışmazlıq var, onda buna məsul elə həmin şəxs olur. Hər bir şəxs bağlamanı götürən zaman yoxlamalıdır. Bağlamanın içərisində malların siyahısı olur. Bu siyahı bağlamanın təhvil götürüldüyü ölkənin aidiyyəti poçt şöbəsinin əməliyyatçısı tərəfindən qeydə alınır və bağlamanın içərisinə qoyulur. Həmin bağlamanı alan şəxs aidiyyəti poçt şöbəsində əməliyyatçının iştirakı ilə aça və yoxlaya bilər”.

G.Gözəlova bildirib ki, bu günə kimi belə hallar aşkarlanıb və lazımi tədbirlər görülüb. 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …