Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Xankəndində konsret verən musiqiçilər peşman oldular – FOTOLAR

Xankəndində konsret verən musiqiçilər peşman oldular – FOTOLAR

İşğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanun səfər edən Rusiyanın “Sülh naminə musiqi” layihəsinin üzvləri Azərbaycandan üzr istəyib. Onlar Qarabağa qanunsuz getdiklərinə görə peşman olduqlarını deyərək, adlarının Azərbaycan XİN-in “qara siyahı”sından çıxarılmasını xahiş ediblər.

Rusiyalı musiqiçilərin XİN-ə göndərdiyi məktubda 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdikləri, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadıqlarını vurğulayıblar. Onlar bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını qeyd ediblər.

“Sülh naminə musiqi” layihəsinin üzvləri Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduqlarını dilə gətiriblər.

AzVision.az-ın məlumatına görə, “Sülh naminə musiqi” beynəlxalq xeyriyyə layihəsidir. Layihənin icrasına 2011-ci ildən başlanılıb.

Layihənin missiyası millətlərarası və etnik münaqişələr, təbii fəlakət zonaları, eyni zamanda terrordan əziyyət çəkən regionlarda klassik musiqi üzrə master-klasslar və konsertlər vermək, regionlarda klassik musiqinin populyarlaşdırılması, infrastrukturun dağıldığı ərazilərdə gənc istedadların aşkarlanması və dəstəklənməsidir.

Layihənin təsisçiləri Mariya Nemtsova və Vitaliy Vatulyadır. Layihənin 21 daimi musiqiçi üzvü var. Hər il layihəyə müxtəlif ölkələrdən insanlar dəvət olunur.

Qeyd edək ki, qrup 2017-ci ilin iyunun 29-da Azərbaycanın işğal altında olan Xankəndi (Stepanakert) şəhərinə qanunsuz səfər edərək, orada konsert verib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …