Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Xanızadəni efirə çağırdılar – Rüsvayçılıq

Xanızadəni efirə çağırdılar – Rüsvayçılıq

Adları açıqlanmayan televiziya jurnalistləri 30 il əvvəl dünyasını dəyişmiş məşhur aktyor, xalq artisti Hamlet Xanızadəni efirə dəvət ediblər.
Kult.az xəbər verir ki, bu barədə məlumatı Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı yayıb. Onun sözlərinə görə, sənətkarın qızı Aygün Xanızadənin atasının adına açdığı Feysbuk səhifəsinə bu səpkidə mesajlar göndərilib:
“Aygün xanım mesajları oxudu. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nə olar, gəlin, siz də iştirak edin. Hətta biri yazıb ki, mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin”.
C.Zeynallı bildirib ki, aktyorun qızı atasını verilişə dəvət edənlərə onun artıq həyatda olmadığını desə də, jurnalistlər məsələyə ironik yanaşıblar:
“O jurnalistlər xahiş ediblər ki, bu barədə heç kimə deməyək, çünki onları işdən çıxararlar. Mən də adlarını yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün xanım onlara yazır ki, mənim atam 1990-cı ildə dünyasını dəyişib. Onda dərhal söhbəti dəyişib deyirlər ki, o, bizim üçün həmişə sağdır”.
Qeyd edək ki, Hamlet Xanızadə 1990-cı ildə 48 yaşında dünyasını dəyişib. O, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək” kimi məşhur filmlərimizdə də yaddaqalan obrazlar yaradıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …