Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Xalq artistləri yenə dalaşdı: “Qələt edir, başını daşa döyür!”

Xalq artistləri yenə dalaşdı: “Qələt edir, başını daşa döyür!”

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

Xalq artisti Rasim Balayevin sədr seçilməsindən sonra tanınmış kino xadimləri arasında qarşılıqlı ittihamlar başladı. Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun onun barəsində tənqidi fikirlər səsləndirdilər.

Ötən gün Şeyx Əbdülün həmkarı haqda “Rasim Balayevin əlindən tutub kinoya gətirmişəm”, “Xəstəxanadan çıxarıb onu Nəsimi roluna gətirmişəm”   deməsinə R.Balayev sərt reaksiya verib.

Yenisabah.az-a bu barədə danışan Balayev Şeyx Əbdülün bu iddialarının əsassız olduğunu bildirib:

“Mən Şeyx Əbdülün dediklərini izah etmişəm və bu məsələ mənim üçün bitib. Amma onlar üçün məsələ bitməyib, uzadırlar, özləri bilərlər. Məni kinoya o gətirməyib, qələt edir, başını daşa döyür! Məni “Nəsimi” filminə Həsən Seyidbəyli çəkib. Onda Şeyx Əbdül ümumiyyətlə heç kim idi! Elə indi də o heç kimdir, vəssalam! Bu məsələ mənim üçün bitib”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …