Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Xalq artistinin gəlini: “Sənət adamlarından başsağlığı verən olmadı”

Xalq artistinin gəlini: “Sənət adamlarından başsağlığı verən olmadı”

“Məmməd deyirdi ki, mən öləndən sonra səninlə hec kim maraqlanmayacaq. Ona görə də qorxurdu, ölmək istəmirdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Eldəniz Zeynalovun gəlini İradə Zeynalova mərhum həyat yoldaşından danışarkən deyib. İradə Zeynalova bildirib ki, Məmməd Zeynalov dünyasını dəyişəndən sonra sənət adamlarından ona başsağlığı verən olmayıb:
“Heç kim mənim qapımı açmayıb, bir adam maraqlanmayıb. Məmməd çox yaxşı insan idi, bir adamın qəlbinə dəyməzdi. Onun əziyyətini çəkən mən idim, son nəfəsinə kimi yanında oldum, əlimdə, qollarımda can verdi. Heç nə edə bilmədim. İllərlə yataq xəstəsi olsaydı, yenə də baxardım. Elə bil belə insan, belə bir aktyor yox imiş”.
İradə Zeynalova bütün yükün onun öhdəsində olduğunu deyib:
“Məmmədsiz çox ağırdır, uşağım var, işləyib ona baxmalıyam, həm ata, həm də ana olmalıyam”.
Qeyd edək ki, Xalq artisti Eldəniz Zeynalovun oğlu, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalov dekabrın 25-də 43 yaşında vəfat edib. Aktyor böyrək çatışmazlığından və beyin xərçəngindən əziyyət çəkirdi.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …