Ana səhifə / Cəmiyyət / Xalq artisti : “Tənəfüslərdə atamın qəbrini ziyarət edirdim” – VİDEO

Xalq artisti : “Tənəfüslərdə atamın qəbrini ziyarət edirdim” – VİDEO

“ARB Günəş”nin “Mən məktəbli ikən” layihəsinin bu dəfəki qonağı xalq artisti Afaq Bəşirqızı olub.

Xalq artisti anasını uşaq itirdiyindən danışıb:

“Məktəbdə oynalılan tamaşada rol almışdım. Bunu atama deməmişdim. Atam komik rollarda oynasa da, xaraktercə çox zəhmli insan idi, ondan çəkinirdim. Tamaşada oynayacağımı analığım ona demişdi. Atam gəlib məni səhnədə izlədi, onu zalda görəndə özümü itirdim, sözlərimi unutdum. Lakin bütün bunlara baxmayaraq, atam ifamı bəyənmişdi”.

Afaq Bəşirqızının atasının dəfnindən də söz açıb:

“Məktəblə Fəxri xiyaban arasında məsafə qısa idi və o zamanlar indi olduğu kimi arada hasar yox idi.Asanlıqla xiyabana keçmək mümkün olurdu. Ona görə də tənəfüsslərdə onun qəbrini tez-tez ziyarət edirdim”.

Ali məktəbə daxil ola bilməyən xalq artisti, çörək zavodunda işləməyə başlayıb və orada atasının dostlarından biri ilə rastlaşıb:

“O mənə dedi ki, Bəşirin oğlu yoxdur, niyə sən atanın peşəsini davam etdirmirsən. Bu sözlər mənə çox təsir etdi və sənəti, peşəkar səhnəni seçdim”.

Xalq artisti “ARB Günəş”ə hazırladığı maarifləndirici proqramlara görə təşəkkürünü də bildirib. Belə telelayihələrin efir məkanında çox olmasını arzulayıb.

Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş” televiziyasında yayımlanır.Veriliş “ARB Günəş” və Bakı Dövlət Universitetinin birgə layihəsidir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …