Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Xalq artisti nazirlə görüşə gedir: “Nə qədər yarımçıq qalan işlərim var…”

Xalq artisti nazirlə görüşə gedir: “Nə qədər yarımçıq qalan işlərim var…”

Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Əbdül Mahmudbəyovla görüşəcək. 

Bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib. Əbdül Mahmudbəyov nazirin qəbuluna bir çox təkliflərlə getdiyini vurğulayıb: “Bu gün doğum günümdür. Nazirlikdən məlumat gəldi ki, nazir səninlə görüşmək istəyir. Hazırda yoldayam, ora gedirəm. Nə qədər yarımçıq qalan işlər var, hamısını aparıram, təqdim edəcəm nazirə, ondan sonrası mənlik deyil, onluqdur. Adil müəllim cavan oğlandır, çox böyük həvəslə işə başlayıb. Ondan gözləntilərim çoxdur”. 

Əbdül Mahmudbəyov nazirdən yarımçıq qalan üç əsəri ilə bağlı kömək istəyəcəyini diqqətə çatırıb: “Yarımçıq dayandırılan “Şah İsmayıl Xətai”, “Ağa Məhəmməd Şah Qacar” əsərini aparıram. Hər halda bunların çəkilişlərinin hansı səbəbdən dayandırılması ilə bağlı məlumat alacağam. Bundan əlavə isə “Tarixi erməni yalanları, qan yaddaşımız” kitabımı da ona hədiyyə edəcəm. Kinostudiyada və filmlə bağlı problemlərimiz çoxdur. Bu sahədə çoxlu təkliflərim var, onların hər birini nazirə deyəcəyəm. Nəticələrini zamanla biləcəyik”. 
Xatırladaq ki, bu gün Xalq artisti Əbdül  Mahmudbəyovun doğum günüdür. 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …