Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Xalidə Bayramovanın ƏMDK rəhbərliyinə yaxınlığı var? – “Nə qohumluğu, nə tanışlığı var…”

Xalidə Bayramovanın ƏMDK rəhbərliyinə yaxınlığı var? – “Nə qohumluğu, nə tanışlığı var…”

Aprelin 4-də 162 saylı məktəbin 3-cü mərtəbəsindən yıxılan və 1 saylı Mərkəzi Klinik Xəstəxanasında həyatını itirən 14 yaşlı Elina Hacıyevanın ölümü ətrafında baş verənlər neçə gündür gündəmin əsas mövzularındandır.

Aprelin 10-da isə sosial şəbəkələrdə Elinanın ölüm səhnəsi – məktəbdən görüntülər və yeniyetmənin yıxıldıqdan sonra danışdırılmasını əks etdirən videolar yayıldı. Ağır vəziyyətdə olan qızcığazı sual yağışına tutan qadının kimliyi əvvəl qaranlıq qalsa da, sonradan Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxsin məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olduğu iddia olundu. YAP Səbail Rayon Təşkilatının sədr müavini olan Xalidə Bayramovanın hamıdan əvvəl hadisə yerinə yetişməsi isə onun həm də uşaqlarla işlədiyi deyilən bir fondun – Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri olmasıyla bağlanıb.

Bununla bağlı bu gün yazı yayımlayan “meydan.tv” isə ortaya yeni iddialar atıb. Bildirilib ki, Xalidə Bayramova Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə yaxın adamdır, hətta hansısa dövlət əmlakının özəlləşməsində iştirak edib. 

qulu

Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbər Qulu Xəlilov bu iddiaları təkzib edib. O, “AzPolitika.info”ya açıqlamasında deyib: “Xalidə Bayramovanın guya Kərəm ƏMDK rəhbərliyinə yaxın olmasına dair iddiaların heç bir əsası yoxdur. Xalidə Bayramova Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinidir. Onun Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə nə qohumluğu, nə də tanışlığı var”.

Qulu Xəlilov bildirdi ki, Xalidə Bayramovanın haranısa özəlləşdirdiyinə görə ƏMDK rəhbərliyinə bağlanması absurddur: “Azərbaycanda minlərlə insan, o cümlədən xanımlar əmlak özəlləşdirib, qanunla buna hüquqları var. Xalidə Bayramova da bu hüququndan istifadə edibsə, haranısa özəlləşdiribsə, bunun Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə heç bir aidiyyatı yoxdur”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …