Son günlər Qazaxıstanın Aktau şəhərinin sakinləri Xəzər dənizinin suyunun qırmızı rəngə çaldığını müşahidə edirlər.
Manqışlaq vilayətinin Ekologiya departamentinin rəhbəri Ruslan Tukenov bildirib ki, bu, Xəzərdə qırmızı yosunların bir yerə cəm olması ilə əlaqədardır.
O qeyd edib ki, departamentin mütəxəssisləri sudan və yosunlardan nümunələr götürüblər: “Hazırda analizlər aparılır. İlkin məlumata əsasən, dəniz suyu qırmızı yosunlara görə rəngini dəyişib”.
R.Tukenov hər hansı təhlükənin olmadığını da vurğulayıb: “Bu, təbii prosesdir. Fırtına səbəbindən çoxlu sayda yosun sahilə yaxınlaşır və suyun rənginin dəyişdiyini görürük”.
Qeyd edək ki, qırmızı yosunların ümumilikdə 3800 növü var, onlardan 25-i Xəzərdədir.(Trend)