Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Xərçəng deyiləm, oğlum yuxulu-yuxulu danışıb” – Ramiz Novruz

“Xərçəng deyiləm, oğlum yuxulu-yuxulu danışıb” – Ramiz Novruz

“Səhhətimlə bağlı şayiələr yayılıb, həmin məlumat səhvdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Ramiz Novruz səhhəti ilə bağlı danışarkən deyib.

“Səhhətimdə narahatlıq var idi, soyuqdəymə idi. Oğlum Cavidan yuxulu-yuxulu dostuna nə isə deyib. Dostu da bunu ayrı cür yayıb. Haqqımda yayılan məlumat səhvdir. Fəxr edirəm ölkəmlə, dövlətimlə, diqqətsiz qoymadılar, dərhal maraqlandılar. Hər şey nəzarət altındadır. Mən də özümü yaxşı hiss edirəm”, – Xalq artisti bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Novruza mədə xərçəngi diaqnozu qoyulması ilə bağlı xəbər yayılmışdı.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …