Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Vur, komandir, vur”un qəhrəmanından maraqlı açıqlamalar — “Sarkisyanın olduğu helikopteri …” (VİDEO)

“Vur, komandir, vur”un qəhrəmanından maraqlı açıqlamalar — “Sarkisyanın olduğu helikopteri …” (VİDEO)

2014-cü ildə cəbhədə erməni helikopterini vuran İlkin Muradov döyüşlər zamanı baş verənlər barədə maraqlı məqamlardan danışıb.

BAKU.TV əməkdaşı qəhrəman döyüşçü İlkin Muradovun yaşadığı Neftçala şəhərinə baş çəkib və onunla özəl müsahibə hazırlayıb.

Bütün Azərbaycana, hətta dünyaya yayılan “Vur, komandir, vur!” nadası ilə tanınan qəhrəman müsahibəsində keçdiyi qanlı-qadalı mübarizələrdən danışıb.

“2014-cü ilin noyabr ayında ermənlərin böyük poliqonu vardı. Həmin hadisədən 3 gün qabaq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ora səfər etmişdi.

Bizə məlumat gəlmişdi ki, Ağdərə ərazisindən uçuş həyata keçiriləcək. Bizlə oranın arasında 14 km. məsafə vardı. Oranı nəzarətdə saxlayırdıq. Sarkisyanın olduğu helikopter həqiqətən də oradan uçdu”, – deyə İlkin Muradov bildirib.

Döyüşçü onu da vurğulayıb ki, Sarkisyanın olduğu helikopter də izlənib. İlkin Muradov “Vur, komandir, vur!” hadisəsi və digər maraqlı məqamlardan da danışıb.

Həmin müsahibəni təqdim edirik:

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …