Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / VÜQAR XASAYEVLƏ VƏLİ ƏLƏSKƏROVUN ARASINDAKI KORDİNATOR KİMDİR?

VÜQAR XASAYEVLƏ VƏLİ ƏLƏSKƏROVUN ARASINDAKI KORDİNATOR KİMDİR?

Azinforum.az xəbər verir ki,   Naxçıvan MR Hərbi Məhkəməsində 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışmış Vəli Ələskərovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq,  məhkəmə qapalı keçirilir.  Rəsmi elan olunmuş ittihama görə, sabiq nazir vəzifə sahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə təqsirli bilinir.

Vəli Ələskərovun hüquqlarını vəkil Vüqar Xasayev qoruyur. Ancaq proseslərin təhlili onu göstərir ki, Vüqar Xasayev Vəli Ələskərovun hüquqi müdafiəsindən daha çox şoumenliklə məşğul olur. Ötən yazımızda da qeyd etmişdik ki, Vüqar Xasayevin seçdiyi taktika bütün nəzər diqqətləri bu işin əsl mahiyyətindən uzaqlaşdırmağa, cəmiyyəti çaşdırmağa hesablanıb. Hətta vəkil tərəfindən “kimlərinsə adı çəkiləcək” kimi şantaj xarakterli bəyantlar belə səsləndirilir.

 Bu kampaniyanən mütəşəkkil şəkildə aparıldığına şübhə yoxdur. Hətta bu işdə nələrinsə müqabilində  Vəli Ələskərova lazımi informasiya və başqa  dəstək verənlər də tapılır.  Vəli Ələskərovun hüquqi müdafiəsilə hansısa vəkilin məşğul olmasına heç kim etiraz edə bilməz.  

Çünki bu qanunvericiliyin tələbidir. Ancaq bu “müdafiə”  ilə heç də  ucuz qiymətə hüquqi yardım göstərməyən   və əvvəldən Vəli Ələskərovla ciddi münasibətləri olmayan  Vüqar Xasayev kimi bir  vəkilin məşğul olması maraqlı görünür. Məsələnin maddi tərəfilə bağlı heç bir tərəddüdümüz yoxdur.

Çünki işlədiyi müddətdə qanunsuz yollarla özünə xeyili varidat toplamış Vəli Ələskərovun hazırda maddi sıxıntısı ola bilməz.  Qeyd edək ki, Vüqar Xasayev Vəli Ələskərovun çox ciddi və əsaslı ittihamlara tuş gəldiyinin fərqində olduğu üçün, onun müdafiəsini hüquqi müstəvidən siyasi səpkiyə transver etməyə çalışır. Yəni gələcəkdə Vəli Ələskərovun əzabkeş  “siyasi məhbus” elan olunması üçün indidən hazırlıq işləri gedir.

Azinforum.az-a  Vüqar Xasayevi bu işlərə calayan və ona  bütün istiqamətlər üzrə dəstək verən şəsxin adı məlum olub. Əldə etdiyimiz dəqiq məlumata görə, həmin adam vaxtilə məşhur telejurnalist olmuş, indi isə ölkənin nüfuzlu şirkətlərindən birində rəhbər vəzifədə təmsil olunan  Bəhruz Məhərrəmovdur. Etik səbəblərə görə, dediyimiz personanın  təmsil olunduğu şirkətin adını hələ ki, hallandırmırıq.

Yəqin ki, Bəhruz Məhərrəmovun bu sayaq əməllərindən onların da xəbəri yoxdur.  Qeyd edək ki,  Vüqar Xasayevlə Vəli Ələskərov arasında kordinatorluq edən şəxsin, hazırda həbsdə olan sabiq nazirlə çox yaxın münasibətlərinin olduğu bildirilir. Yəqin köhnə dostluq və başqa ciddi səbəblər sabiq  jurnalisti belə risqli əməllərə qol qoymağa sövq etdirir.  Mövzu ilə bağlı daha müfəssəl və dəqiq faktlara malikik. Zərurət yaranacağı təqdirdə, onları təqdim edəcəyik…

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

M. MİRZƏ

AZİNFORUM.AZ

 

 

 

 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın