Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Vüqar Qaradağlı ATV-də “fövqəlvəziyyət” elan etdi – “CANLI JUÇOK” AXTARILIR

Vüqar Qaradağlı ATV-də “fövqəlvəziyyət” elan etdi – “CANLI JUÇOK” AXTARILIR

Ötən gün ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin kadrarxası arxiv görüntülərinin yayılmasının ardından telekanalda bir növ fəvqəladə vəziyyət elan edilib.

Televiziyadakı mənbələrin BakiPost.az-a verdiyi məlumatlara görə, kanalın prezidenti Vüqar Qaradağlı yayılan görüntülərdən bərk həyəcana düşüb və arxiv materialının kim və ya kimlər tərəfindən müxalif mətbuata sızdırıldığını araşdırır. V.Qaradağlı kanaldakı “canlı juçok”un kimlərin diqtəsi ilə iş yerinə “xəyanət” etdiyini öyrənmək üçün bütün imkanlarını işə salıb. Şirkətdəki ən etibarlı adamlarını bu məsələni öyrənməyə ayırıb.

Mənbəmiz bildirir ki, hazırda bu kadrların kimlər tərəfindən kanaldan çıxarılmış ola biləcəyi barədə siyahı tərtib edilib və Vüqar Qaradağlıya təqdim edilib.

O da qeyd edilir ki, ATV prezidenti məlum görüntüləri yayan adamın bu işi özbaşına və öz ağlı ilə etdiyinə birmənalı qaydada inanmır. Hörmətli Qaradağlı hesab edir ki, ATV kanalından kiminsə arxiv materialı çıxarması üçün hökmən o adamın arxasında hansısa “önəmli fiqur”(lar) olmalıdır.

Onu da bildirək ki, artıq kanalda bir neçə texniki işçi bu məsələ ilə bağlı cəzalandırılıb. Ancaq cəzalandırılan həmin şəxslər kadrların yayılmasına birbaşa məsuliyyət daşıyan şəxslər deyil, sadəcə hansısa məqamda ehtiyatsızlıq etdikləri üçün kanal rəhbərliyinin qəzəbinə tuş gəliblər. Mənbəmizin sözlərinə görə, bu gün səhər erkəndən ATV prezidenti ən yaxın adamları ilə toplantı keçirib və bu qalmaqalı necə sovuşduracaqlarını müzakirə edib. Kanal rəhbərliyinin yaxın saatlarda mətbuata geniş açıqlama yayacağı gözlənilir.

İlkin ehtimallara görə, ATV rəhbərliyi də eynən Xoşqədəm Hidayətqızının meydan.tv-yə açıqlamasındakı kimi qarşı tərəfi – yəni elə veriliş müəllifini suçlayacaq.

Bu arada, məlum olub ki, artıq qalmaqallı kadrlar “youtube”dan silinib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın