Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazovun rütbə verdiyi idmançı işdən çıxarıldı – Foto

Vilayət Eyvazovun rütbə verdiyi idmançı işdən çıxarıldı – Foto

Azərbaycanlı MMA döyüşçüs Bəxtiyar Abbasov işdən çıxarılıb. 

Belə ki, avqustun 6-da təyin olunduğu döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postundan öz ərizəsi ilə istefa verib. 

Məlumata görə, B.Abbasov Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytenantı Ceyhun Məmmədova şəxsən müraciət edib. O müraciətində bildirib ki, idmançı kimi karyerasını davam etdirmək niyyətindədir. 

Bundan sonra qurum daxildə iclas keçirilib və Bəxtiyar Abbasovun istefa ərizəsi qəbul edilib. 

Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova vaxtından əvvəl polis kapitanı rütbəsi verilib.

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir. B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur./Unikal.org

Vilayət Eyvazovun rütbə verdiyi idmançı işdən çıxarıldı - Foto

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …