Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazov Səfər Nuriyevi vəzifəsindən azad etdi

Vilayət Eyvazov Səfər Nuriyevi vəzifəsindən azad etdi

Daxili işlər nazirinin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenant Səfər Nuriyev tutduğu vəzifədən azad edilib.

Digər əmrə əsasən o, Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Nuriyev 3 ilə yaxın Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.  /Report

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …