Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə təyin etdi

Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə təyin etdi

Daxili İşlər orqanlarında növbəti kadr təyinatı baş tutub.
Bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib. Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Eldar İlyasov da bir müddət bundan əvvəl vəzifəsindən azad olunaraq Qusar Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.//manset.az

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …