Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Vidadi Zeynalova 14 il həbs istənildi

Vidadi Zeynalova 14 il həbs istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək V.Zeynalovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

F.Nağıyev digər təqsirləndirilənlər – Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmova isə şərti cəza verilməsini tələb edib.

F.Nağıyev bildirib ki, təqsirləndirilən şəxslərin əmlakları müsadirə edilərək dövlətə dəyən ziyanın ödənilməsinə yönəldilsin.

Məhkəmə prosesi mayın 24-də davam etdiriləcək.

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın