Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / VİDADİ ZEYNALOV ÖZÜNÜ SINDIRMIR  –  QIZINA BAHALI AD GÜNÜ KEÇİRDİ

VİDADİ ZEYNALOV ÖZÜNÜ SINDIRMIR  –  QIZINA BAHALI AD GÜNÜ KEÇİRDİ

Azinforum.az xəbər verir ki,  ləğv edilmiş MTN hadisələri ətrafında aparılan həbslər zamanı külli miqdarda dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs edilən  və hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılan  Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov  bu yaxınlarda qızına təmtəraqlı ad günü keçirilməsi təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, Vidadi Zeynalov azadlıqda olarkən çox bahalı həyat tərzi keçirən məmurlardan olub. Onun biznes imperiysına daxil olan mülklərin və ticarət-iaşə obyektlərinin ümumi dəyəri 10 milyonlarla ölçülür.

Qeyd edək ki, həbsdə olan məmur ailəsinə məxsus olan özəl təqvim günlərinə hər zaman böyük həsasslıqla yanaşıb. Əsasən də, ailə təmsilçisi olan övladların doğum günləri bahalı partilərin keçirilməsilə yadda qalıb. Bu səbəbdən də, Vidadi Zeynalov öz  yaxın ətrafına xəbər göndərib ki, onun kiçik qızının ad günü şənliyi əvvəlkilərdən heç nəyi İlə fərqlənməməlidir. Bu səbəbdən də, Vidadi Zeynalova məxsus olan villalardan birində onun qızına əvvəlki illərdən öz möhtəşəmliyilə fərqlənən bir doğum günü partisi təşkil edilib. Ad günü şənliyində bir  çox tanınmış şou müğənniləri və aktyorlar iştirak ediblər.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın