Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Veysəloğlu” Şirkətinin qiymətləri qaldırması xəbəri yalan çıxdı

“Veysəloğlu” Şirkətinin qiymətləri qaldırması xəbəri yalan çıxdı

İlham Məmmədov: “Şirkətimizin adının mənfi planda hallandırılması ancaq xoş olmayan niyyətdən, hansısa maddi maraqlardan irəli gəlir

Bəzi mətbu orqanlarda “Veysəloğlu” Şirkəti və “Ulduz”  Şokolad Fabrikinin qiymətləri  qaldırması ilə baglı məlumatlar yayılıb. Ancaq bu gün Şirkətın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov  Azinforum.az-a açıqlama verərək, bildirib ki, şirkətin distrübüterlik etdiyi məhsulların qiymətlərındə heç bir artım baş verməyib. Həmçinin İlham Məmmədov “Ulduz” Şokolad Fabrikinin də məhsulların satışını köhnə qiymətlərlə həyata keçirdiyini söyləyib: “Şirkət idxalla məşğul olduğundan, dolların bahalaşması bizim üçün təsirsiz ötüsməyib. Buna baxmayaraq, qiymət artımı baş verməsin deyə, istehsalçı ölkələrin fabrikləri ilə danışıqlara getmişik və bu istiqamətdə müvafiq tədbirlər görmüşük. Maksimum dərəcədə çalısırıq kı, qıymət artımı olmasın”.

İlham Məmmədov bildirib ki, “Veysəloğlu” Şirkəti fəaliyyətində ölkəmizin imicinin qorunmasını və vətəndaşın rifah halının yaxşılaşdırılmasını biznes uğurlarından biri kimi görür və öz siyasətini də bu prinsiplərə uyğun qurub: “Ölkə rəhbərliyi süni qiymət artımına yol verənlərin cəzalandırılacağı barədə müvafiq göstəriş verib və bunun nə demək olduğunu ciddi bir şirkət kimi, biz çox yaxşı anlayırıq. Hətta hansısa çətinliklərimiz olsa belə, biz ən azı bu göstərişə hörmət əlaməti olaraq, heç vaxt süni qiymət artımına getmərik. Bunu bilə-bilə kimlərinsə Şirkətimizin adını mənfi planda hallandırılması ancaq xoş olmayan niyyətdən, hansısa maddi maraqlardan irəli gəlir”.

İlham Məmmədov açıqlamasında süni qiymət artımına yol verənlərin kimlər olması haqda da maraqlı fikir bildirib: “Yaranmış mövcud durumdan bəzi işbazlar süni şəkildə faydalanaraq, Şirkətlə bagladıqları müqavilə öhdəliklərini yerinə yetirməkdən – borclarını ödəməkdən yayınmağa çalışırlar. Elə marketlər var ki, aldıqları mallara görə, kohnə borclarının silinməsini istəyirlər. Ancaq bütün hallarda biz bu münasibətləri qanun və əxlaq prinsipləri çərçivəsində tənzimləməyə, həll etməyə çalışırıq”.

Məhəmməd

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …

Bir cavab yazın