Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Veysəloğlu” jurnalistləri səfərə apardı

“Veysəloğlu” jurnalistləri səfərə apardı

“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qurup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil edib.

Azinforum.az  xəbər verir ki, səfər zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad və Karamel Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətin  uğur yolunu əks etdirən tanıtım filmi göstərilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu MMC və Ulduz Fabrikinin rəhbərliyi adından səfərdə iştirak edib, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.

Səfərdə iştirak edən jurnalist heyyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirib, təşkil edilmiş bu səfər proqramı üçün Şirkət rəhbərliyinə minnətdarlıqlarını elan ediblər.

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın