Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Vergi planı dolmadı, rəis baş müfəttişi təpiyin altına saldı

Vergi planı dolmadı, rəis baş müfəttişi təpiyin altına saldı

Özbəkistanın Cizak vilayətində regional vergi idarəsinin rəisinin idarənin baş müfəttişini təpiklə döyməsinə dair videogörüntülər internetə sızıb. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, videomüşahidə kameralarının 2017-ci ilin noyabrında qeydə aldığı görüntülərə əsasən rəis əvvəlcə baş müfəttişi içəridə işçilərin gözü qarşısında təpiklə döyür, sinəsinə yumruq vurur. Sonra onu sürüyüb dəhlizə çıxarır və orada digər işçilərin gözü qarşısında döyməyə davam edir. Baş müfəttiş heç bir müqavimət göstərmir. Rəisin baş müfəttişi döyməsinin səbəbi isə onun aylıq planı yerinə yetirə bilməməsidir.

“Azadlıq” radiosu bu görüntülərlə bağlı döyülən baş müfəttiş Alim Zakirovla əlaqə saxlayıb, lakin o rəisin “zarafat etdiyini, insidentin işə heç bir dəxli olmadığını” deyib. Vergi idarəsinin rəisi Abbosxan Vakkasov isə ümumiyyətlə belə hadisənin baş verdiyini inkar edib.

Özbəkistanda yerli məmurların öz tabeçiliyindəki işçiləri və hansısa planı yerinə yetir bilməyən məktəb direktorlarını döyməsinə dair bundan əvvəl də görüntülər yayılıb. Azərbaycanda da yerli məmurlar hərdən döyür, amma tabeçiliyindəki məmurları deyil, sadə vətəndaşları. Məsələn, Beyləqan rayonunda bu günlərdə icra hakimiyyətinin başçısı Vaqif Abdullayev tikilməkdə olan Olimpiya Kompleksinin qarovulçusunu döyərək burnunu sındırıb. Qarovulçu litr yarım qan itirib. Qax rayonunda isə icra başçısının müavini Elbrus Tağıyev sahibkarı otağında kəllə ilə vurub, burunu qanadıb.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …