Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov sərhəddəki hərbi hissələrə baş çəkdi

Vasif Talıbov sərhəddəki hərbi hissələrə baş çəkdi

Bu gün Naxçıvan dağlarının əzəmət və qüdrətini həm də onun zirvəsində Vətənin keşiyini çəkən Azərbaycan əsgərləri artırır.

Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Ali Məclisin sədri deyib: “Bu gün siz düşmənlə sərhəddə xidməti vəzifələrinizi yerinə yetirirsiniz. Təbiət baxımından zəngin olan bu ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hərtərəfli şərait vardır. Hərbi qulluqçuların xidməti vəzifələrini uğurla yerinə yetirmələrinin nəticəsidir ki, sərhədlərimiz etibarlı qorunur, insanlarımız bu ərazidə məskən salır, təsərrüfatlarını genişləndirir, rahat və təhlükəsiz yaşayırlar”.

Ali Məclisin sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib.

Ali Məclisin sədri deyib: “Hər bir ölkədə sabitliyin və inkişafın təmin olunmasında əsas amillərdən biri də sərhədlərin etibarlı müdafiə olunmasıdır. Muxtar respublikanın bu ərazisində yerləşən kənd yaşayış məntəqələrində insanların rahat yaşaması və məskunlaşması üçün lazımi şərait yaradılıb, yeni sosial obyektlər tikilib istifadəyə verilib. Həmçinin hərbi hissə üçün də bina tikilmiş, xidmətin hərtərəfli təşkili üçün bütün şərait yaradılmışdır. Gələcəkdə də bu tədbirlər davam etdiriləcəkdir. Bütün bunların müqabilində isə hərbi qulluqçular xidmətlərini nümunəvi təşkil etməli, sərhədlərimiz etibarlı qorunmalıdır”.

Ali Məclisin sədri xidməti vəzifələrinin yerinə yetirilməsində şəxsi heyətə uğurlar arzulayıb.

Sonra Ali Məclisin sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın