Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov səfirlə görüşüb

Vasif Talıbov səfirlə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri muxtar respublika haqqında qonağa ətraflı məlumat verib, Naxçıvanda elm, təhsil, sənaye və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu vurğulayıb, Daniel Kristian Çiobanunun səfərinin bu baxımdan səmərəli olacağına əminliyini bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən Daniel Kristian Çiobanu Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Rumıniya-Azərbaycan əlaqələrindən danışan qonaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qarşılıqlı əməkdaşlıq üçün real imkanlar açdığını bildirib, bu sahədə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

AzerTac

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın