Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Batum universitetində – FOTOLAR

Vasif Talıbov Batum universitetində – FOTOLAR

Acarıstan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 6-da Batumi Dövlət Universitetində olub.

Universitetin rektoru, professor Merab Xalvaşi qonağı salamlayaraq, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığı barədə ətraflı məlumat verib.

Qonaqpərvərliyə görə, rektor Merab Xalvaşiyə təşəkkür edən Ali Məclisin sədri Vasif Talıbov Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu bildirib. Batumi Dövlət Universiteti ilə Naxçivan Dövlət Universiteti arasında tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi töhfələrdən söz açıb.

Ali Məclisinin sədri Vasif Talıbov Batumi Dövlət Universitetində Ümummilli Liderin adını daşıyan “Heydər Əliyev -Azərbaycanşünaslıq Mərkəzi”, “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası ilə tanış olub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov da iştirak ediblər.

Azinforum.az


Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın