Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

Vasif Talıbov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

AzərTAc bildirir ki, Ali Məclisin sədri qonağı salamlayıb, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd edib.

Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Robert Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq səfərinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın