Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Varlı ərəbin quşları Azərbaycana uçmazdan əvvəl müayinə edilir…

Varlı ərəbin quşları Azərbaycana uçmazdan əvvəl müayinə edilir…

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dünyanın ən iri qartal xəstəxanası fəaliyyət göstərir.

“Frans Press” agentliyi həmin xəstəxanadan hazırladığı reportajında Fars körfəzinin bütün ölkələrindən varlı ərəblərin öz quşlarını müayinə etdirmək, dırnaqlarını tutdurmaq, xəstə qartalların üzərində mürəkkəb cərrahiyə əməliyyatlarının aparılması üçün həmin xəstəxanaya axın edir.

Reportaj hazırlanarkən İdd əl-Kubeyşi adlı varlı ərəb gənci də özünün iki qartalını müayinə üçün xəstəxanaya aparıb. Onun qartalları xəstəxananın qəbul şöbəsində nəzakətlə gözləyir, əl-Kubeyşi quşlarını Azərbaycanda ova yollanmazdan əvvəl cari müayinəyə aparıb.

“Bu, 2007-ci ildən bəri mənim hobbimdir”,-26 yaşlı gənc deyir. Ağ mərmərlə örülü qəbul şöbəsində gözlədikdən sonra xəstəxanada əl-Kubeyşinin qartallarından qan nümunələri götürülüb və səyahət üçün sənədləri doldurulub.

Xəstəxana ildə 11 minə yaxın qartal müayinə və müalicə edir. Bu rəqəm son 10 ildə iki dəfə artıb. “Qartallar Əmirliklər sakinlərinin qəlbində xüsusi yer tutur. Burada qartalları quş, heyvan hesab etmirlər, onlar bədəvilərin öz uşaqları kimi əzizdir. Çünki tarixən qartallar ov üçün istifad edilib və onlar bədəvilərin ailələrinə bu səhranın sərt iqlimində yemək tapmağda, yaşamağa imkan verib”,-xəstəxananın direktoru Marqit Müller bildirib.

O bildirir ki, qartalların ayaqları və ya qanadları sınarsa, yaxud haradasa bərk qəza keçirərlərsə onların üzərində mürəkkəb cərrahiyə əməliyyatı aparılır. “Ən uzun əməliyyat 3-4 saat çəkə bilər. Bu, bizim qartalları narkoz altında saxlaya biləcəyimiz maksimum müddətdir”,-Müller deyir.

Xatırladaq ki, son illər zəngin ərəblər Azərbaycana ov üçün axın edir, onlar bir çox hallarda qanunsuz ovla məşğul olurlar. Virtualaz.org

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …