Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Vaqif Mustafayev orden aldı və müşavir təyin olundu

Vaqif Mustafayev orden aldı və müşavir təyin olundu

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, SPACE televiziyasının prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.
Qeyd edək ki,bununla bağlı təşkil olunan tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dorox, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib. Bunu da qeyd edək ki, Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq, Vaqif Mustafayevin beynəlxalq əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərə görə Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Согласия” Qızıl Ordeni görkəmli kinorejissor, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Space” MTRŞ-nin prezidenti Vaqif Mustafayevə təqdim olundu.

 

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub və Honq-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.Bunu da qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xəttiylə, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejisoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırıldı. adlandığını deyib, lakin təfərrüatları barədə məlumat verməyib.

Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honq-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.

 

Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.
Daha soonra çıxış edən Vaqif Mustafayev toplantı iştirakçılarına təşəkkürünü bildirdi “Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. İlk öncə bu ölkənin vətəndaşıyam. Cənab prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar”.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif Mustafayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələri sadaladı:
“Vaqif Mustafayev tələbəlik illərindən ta indiyə qədər kinoya töhfələr verib. Onun “Yaramaz”, “Fransız”, “Nakəs” və digər filmləri, “Mozalan” üçün çəkdiyi süjetlər mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın zamanlarda onun çəkdiyi daha bir filmin tamaşaçısı olacağıq. Çin, Rusiya və Azərbaycanın müştərək istehsalı olan yeni layihəsini də səbrsizliklə gözləyirik”.
Rusiyanın ölkəmizdə ki, səfiri isə bildirdi ki, Vaqif Mustafayevin çəkəcəyi filmi səbrsizliklə gözləyirəm. Tədbirə qatılan Çin nümayəndəsi isə dedi ki, vaqif Mustafayevin filmilərini izləyib və inanır ki, Çin tamaşaçıları da Vaqif Mustafayevi daha yaxından tanıya biləcəklər. O dedi ki, İpək Yolu yalnız hansısa ölkələrin ərazisindən keçməklə yaranmır, həm də bu yol qəlblərədn keçir.
Sonda çinli rejissorun “Moskvanın divarları” adlı filmi nümayiş olundu.

Azinforum.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …