Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Vaqif Mustafayev məni barmen kimi işə götürdü” – Əməkdar artist

“Vaqif Mustafayev məni barmen kimi işə götürdü” – Əməkdar artist

“Mən kiçik və böyük həcmli yumoristik mövzuda səhnəciklər yazıram. Hətta bir serialın da bir seriyasını yazmışam, o biri seriyaları üçün də cızma-qaralar etmişəm. Yazdıqlarımı texnikam olarsa özüm də çəkə bilərəm. Çox istərdim ki, bu mövzuda televiziyalar mənə dəstək olsun. Ya texnika ayırsınlar daha peşəkar səviyyədə çəkim, ya da ki, bu səhnəcikləri məndən alıb televiziyada yayımlasınlar”

Bunu əməkdar artist Arzu Hüseynov deyib. O daha sonra əlavə edib.

“Çəkdiklərimi yalnız sosial şəbəkələrdə paylaşa bilirəm. Bir balaca, bir də böyük kameram var. Başqa heç bir texnikam yoxdur. Bir telekanalda mənə bir yer versəydilər, yazıb, çəkib, göstərərdim. Sözün düzü bir neçə il qabaq çəkdiyim səhnəcikləri iki telekanala göndərmişdim. Murad Dadaşovun, Vaqif Mustafayevin qəbulunda olmuşam. O vaxt Vaqif müəllim məni səhər verilişində barmen obrazı kimi işə götürdü. Uşaqlıqdan bu sənətin içərisində olmuşam. Atam Sadıq Hüseynov məni hər zaman film çəkilişlərinə aparırdı. O uşaqların sevimli “Savalan baba”-sı idi. Atama o vaxt deyəndə ki, mən də televiziyada çalışmaq istəyirəm, mənə dedi ki, sənin işinə qarışa bilmərəm, get özün ssenarini və verilişini təqdim elə. Mən kimə deyim ki, Arzunu işə götür? Sonradan özümü doğrultdum və “Karlson”, “Tənbəl Əhməd”, “Nərbala” obrazları ilə tamaşaçıların, ən əsası da azyaşlıların qarşısına çıxdım. 2006-cı ilədək bu səhnəciklər efirdə getdi. Aztv rəhbərliyi o vaxt dəyişəndə hamımızın verilişləri bağlandı. İndi televiziyada uşaq verilişləri yox dərəcəsindədir” deyə əməkdar artist bildirib.

Aktyor maddi vəziyyətinin heç də ürək açan olmadığını da bildirib.

“Maddi vəziyyətim də çox pisdir. Səhhətimə görə qəbul etdiyim dərmanlar var ki, qiymətləri 400-500 manatdır. Evimə heç bir yerdən qazanc gəlmir, necə onları ala bilərəm? O vaxt teatrdan çıxmasaydım bəlkə də indi “Xalq artisti” idim. Mən düşünməzdim ki, nə vaxtsa teatrlara böyük diqqət olacaq. Gözümə və “əməkdar artist” fəxri adıma görə aldığım məvaciblə dolanıram. Qızım xəstədir, bir qızımın yoldaşı isə şəhid olub. Onun da azyaşlı iki övladına mən baxıram. Buna görə də işə-gücə ehtiyyacım böyükdür”, – deyə sənətçi bildirib./Moderator.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …