Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Vaqif Bayatlı müalicə üçün Türkiyəyə gedəcək

Vaqif Bayatlı müalicə üçün Türkiyəyə gedəcək

“Vaqifin vəziyyəti stabildir. Türkiyədə planlaşdırılan müayinəsi iyul ayına qaldı”

Bunu AzVision.az-a tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, havaların istiləşməsi şairə mənfi təsir göstərməyib.

“Son zamanlar ürək nahiyyəsi ilə bağlı hansısa pis bir şey yaşanmayıb. Evdə yaradıclıqla məşğu olur. Biz iyun, may aylarında Türkiyəyə müayinəyə getməyi planlaşdırırdıq. Ancaq müalicə iyul ayına qaldı. İyulda Türkiyəyə gedəcəyik. Müayinələrdən yaxşı çıxsa, növbəti mərhələdə ürəyi ilə bağlı proses aparılacaq. Hazırda Vaqif yeni kitabınının səhifənməsi ilə məşğul olur”, – T. Bayatlı deyib.

Qeyd edək ki, şair uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …