Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Vaqif Əsədovun oğlu atasının səhhətindən danışdı — “Vəziyyəti…”

Vaqif Əsədovun oğlu atasının səhhətindən danışdı — “Vəziyyəti…”

Sentyabrın 18-də məzuniyyətini başa vuraraq işə çıxmalı olan Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hələ də iş başında deyil. Sosial şəbəkələrdə isə Vaqif müəllimin səhhətinin ağırlaşdığı barədə məlumatlar yayılıb. Səhhətində yaranmış problemlərə görə Rusiyanın paytaxtı Moskva şəhərinə müalicəyə gedən V.Əsədovun vəziyyəti barədə xəbər almaq üçün onun oğlu ilə əlaqə saxladıq.

Polis polkovnikinin oğlu Malik Əsədov Ölkə.az-a məlumat verdi ki, atasının məzuniyyəti bir müddət uzadılıb. Səbəb isə Vaqif müəllimin Moskvada müalicəsini davam etdirməsi olub. M. Əsədovun sözlərinə görə, hazırda atasının vəziyyəti yaxşıdır.

“Şükür olsun ki, atamın vəziyyəti yaxşıdır. Məzuniyyətini bir az uzatdılar. Müalicəsini davam etdirir. Özü ilə də danışmışıq. Şükürlər olsun ki, hər şey qaydasındadır. Müalicəsini başa vurub, işə başlayacaq”, – deyə M.Əsədov bildirib.

V.Əsədovun gələn həftə işə başlayacağı gözlənilir.

Qeyd edək ki, bu ilin aprel ayında da V.Əsədovun səhhətində problemlər yaranmışdı. O, bir müddət xəstəxanada müalicə almalı olub. Özü isə bununla bağlı açıqlama verərkən bildirmişdi ki, səhhətində ciddi problem yoxdur:

“Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …