Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Valideynlərin təkidi ilə nişanlanmışdılar” – Salyandakı toydan yeni xəbər

“Valideynlərin təkidi ilə nişanlanmışdılar” – Salyandakı toydan yeni xəbər

Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.

” Azinforum.az ” xəbər verir ki, Qaraçala kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb:

“Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …