Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Valideynləri iş dəftəri almağa məcbur edirlər”

“Valideynləri iş dəftəri almağa məcbur edirlər”

“Təhsil Nazirliyi bir müddət əvvəl açıqlama vermişdi ki, ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac yoxdur. Amma məktəblər valideynləri iş dəftəri almağa məcbur edir. Üstəlik də hal-hazırda iş dəftərləri monopoliyaya alınaraq yalnız poçtlarda satılır”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Elyar İslamoğlu bildirib.

Onun sözlərinə görə, valideynlər poçtla məktəbin hansı əlaqəsinin olmasını başa düşməsə də, birinci yarım il üçün Azərbaycan dili fənni və riyaziyyat fənni üçün iş dəftərlərinə 10-15 manat ödəyib almaq məcburiyyətindədir: “Üstəlik iş dəftərləri yenicə məktəbə başlayan şagirdlərin əlavə yüklənməsinə, daha çox yorulmasına səbəb olur. Əgər doğrudan da ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac yoxdursa, həmin iş dəftərləri hansısa məmurun xüsusi biznesi deyilsə, o zaman Təhsil Nazirliyi səviyyəsində qadağan edilməsini, bütün məktəblərə xəbərdarlıq olunmasını valideynlər olaraq tələb edirik”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …