Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Valideynlər və uşaqlar stress keçirir, belə sistem olar?” – Ekspert

“Valideynlər və uşaqlar stress keçirir, belə sistem olar?” – Ekspert

“Sovet dövründə avqustun 1-də imtahanlar başlayar, 20-də bitər, 24-də isə artıq hamı hansı universitetə qəbul olub-olunmadığını bilərdi. 20 günə bu məsələ başlayıb bitirdi. İndi bütün il boyu imtahan götürülür. Belə sistem olar? Bütün bunların arxasında şəxsi maraq dayanır. O dövrdə şəxsi maraq yox idi”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
O bildirib ki, valideynlər və uşaqlar il boyu stress içində olur:

“Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Abituriyentlərin həyatını məhv etmək olmaz. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar. Əsas məsələ onların peşəkar mütəxəssis kimi yetişməsidir. Bu səbəbdən diqqəti universitet təhsilinə yönəltmək lazımdır. Belə olarsa, ölkədə peşəkar və bacarıqlı kadrlar yetişəcək və təhsil inkişaf edəcək. Əks təqdirə uçuruma doğru yuvarlanacağıq”.

​Professor qeyd edib ki, vur-tut 90 min adam imtahana cəlb edilir. Dövlət bu gəncləri oxuda bilər:

“Əgər dövlətin təəssübünü çəkirlərsə,​ qəbul imtahanı yığışdırılmalıdır. Ali məktəbi bitirərkən xüsusi dövlət imtahanı keçirib saxta diplom verilməməlidir. Bu gün universitetlər öz aktuallığını itirib. Gənclər artıq ali təhsil almaq istəmirlər. Nisbətən istedadlı, bacarıqlı, imkanı olan uşaqlar xaricdə təhsilə üz tuturlar. Yerdə qalanlar ölkədə təhsil alır, məzun olduqdan sonra ya marketdə kassir, ya da ofsiant işləyirlər. Belə halda diplom onların nəyinə lazımdır?”

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …