Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Valideynə görə sənətə gələn uşaq, yarıyolda qalar” – Mənsum İbrahimov – VİDEO

“Valideynə görə sənətə gələn uşaq, yarıyolda qalar” – Mənsum İbrahimov – VİDEO

“ARB Ulduz”un “Şou məkan” proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub.

İranda konsert proqramı ilə çıxış edib vətənə geri qayıdan xalq artisti, səsinin sehri ilə ordakıları da heyran qoymağı bacarıb.

Bəziləri kimi ortada heç nə yoxkən dili boğazına sığışmayanlardan fərqli olaraq, işin nəticəsindən danışmağı sevən Mənsum İbrahimov Tehran konsertindən danışdı.

“Tehrandan yeni qayıtmışıq.“Talari vəhdət” adlanan 800 nəfərlik sarayda konsert proqramı ilə çıxış etdik. Konsert anşlaq keçdi. Maraqlı tərəfi bu oldu ki, Tehranın bir çox şəhərlərdən gəlmişdilər: Təbrizdən, Ərdəbildən, Zəncandan, Urmiyadan.

Konsertdə maraqlı bir nüans oldu ki, mən Azərbaycanın “Ay bəri bax” mahnısını ifa edəndə bütün salon həmin mahnını bizimlə bərabər oxudu. Sonra mən hörmət əlaməti olaraq, konsertdə fars mahnısı ifa etdim. Mənim üçün də repertuarımda yenilik oldu”.

İranın dörd bir yanından konsertə axışıb gələn sadə vətəndaşlarla yanaşı, Mənsum müəllimin səsinin sehrində qalmaq üçün yüksək vəzifəli şəxslər də konsertə təşrif buyurmuşdular:

“Təəssürat çox yüksəkdir. Azərbaycanın İrandakı səfiri Bünyat Hüseynov da konsertdə iştirak etdi. Yaponiya, Belarusiya, Qırğızıstan, Qazaxıstan və Özbəkistan səfirləri də tədbirə təşrif buyurmuşdular. Konsertdən sonra onlarla görüşümüz oldu. Deyilənə görə, konsertə prezidentin köməkçisi də gəlmişdi.

Orda çıxış etmək bizim üçün daha məsuliyyətli idi. Həm ordakılar öz soydaşlarımızdır, həm də dilimizi bilən, sevən insanların önündə çıxış edirdik”.

Konsertdən ürəkdolusu danışıb, danışdıqca gözləri parıldayan Xalq artisti, sənət nümayiş etdirməklə yanaşı, əldə dilən qazanc məsələsinə də toxundu:

“Böyük bir salon idi. Bilet satışı həyata keçirilmişdi. Çəkilən xərclə yanaşı, gələn sənətkarın da haqqını ödəyirlər. Biz bu işə daha çox yaradıcılıq kimi baxırıq. Təbii ki, sənətkar bir ölkədən başqa ölkəyə gedirsə, əziyyət çəkir, vaxt sərf edir. Hər kəsin haqqı verilsə, yaxşı olar”.

Mənsum müəllim, dünyanın kifayət qədər ölkəsində konsert proqramları ilə çıxış etmisiz. Bəs, yeməkləri bəyənib bəyənməmək amili sizi xarici ölkələrdə ac qoymuyub ki?

“Mən yeməyə çox meylli adam deyiləm. Biz bu konsertdən əvvəl Vyetnama getmişdik. Getməmişdən öncə bizi qorxutdular ki, özünüzlə yemək götürün. Gedib gördük ki, orda daha çox dəniz məhsullarıdır. Biz başqa ölkələrə gedəndə daha çox Türkiyə və İran mətbəxləri axtarırıq. Çünki bildiyimiz yeməklərdir. Elə bir ölkə olmayıb ki, ac qalaq. Özümüzə uyğun nələrsə tapırıq. Ən azından, toyuq və balıq hər ölkədə var”.

Oğlundan da danışan Mənsum İbrahimov onu idmançı etmək fikrinin olmadığını söyləsə də, övladının indidən uğurları özünü göstərməyə başlayıb:

“Birincisi, oğlumu idmana öna görə yönləndirmişəm ki, ilk növbədə oğlan uşağıdır, gələcəyin əsgəridir, sağlam böyüsün. İkincisi, səmərəli işlə məşğul olsun.

Oğlum milli yığmamızın məşqçisi Rəşad Hüseynovun yanında məşq edir. Elə oldu ki, o, ölkə birinciliyində iştirak elədi və üçüncü yeri qazandı. Əslində oğlumu idmançı etmək fikrim yoxdur. Məşqçisi deyir, yaxşıdır”.

Müəllim, ziyalı ailəsində uşaqlarını böyüdən Xalq artisti övladının musiqiyə olan həvəsinin ötəri olduğunu gördüyü üçün onun bu sahəyə yönəlməsinə dəstək olmayıb:

“Görsəydim ki, oğlumda qeyri-adi istedad var, mən ona kömək edərdim. Görürdüm ki, adi uşaq həvəsidir. Ona görə də istəmədim ki, sənətə gəlsin. Valideynə görə sənətə gələn uşaq, yarıyolda qalar. Çünki bizi heç kim yönləndirməyib. Biz fanat olmuşuq, yanğı ilə sənətə gəlmişik”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …