Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Vəzifədən çıxarılan Ziya Məmmədovdan – İlk açıqlama

Vəzifədən çıxarılan Ziya Məmmədovdan – İlk açıqlama

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

Azinforum.az xəbər verir ki, o, Musavat.com-a açıqlamasında bu mövzunu hələlik şərh etmək istəməyib: “Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq”. Sabiq nazir “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil”.

Xatırladaq ki, bu gün – fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə nazir təyin edilib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın