Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Vəzifə istəyənlərin nəzərinə! — Bu şərt nəzərə alınacaq

Vəzifə istəyənlərin nəzərinə! — Bu şərt nəzərə alınacaq

Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınacaq.
Bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, peşə təhsili müəssisələrinin maliyyələşdirilmə yollarından biri də onların innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.
Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …