Ana səhifə / Cəmiyyət / Vətənpərvərliklə bağlı tədbirlərə start verildi – FOTO

Vətənpərvərliklə bağlı tədbirlərə start verildi – FOTO

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdiyi “Vətənpərvərlik mənəvi dəyərimizdir” adlı silsiləsə tədbirlərə start verib.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, ilk tədbir bu gün Balakəndə keçirilib.

Şəhərin “Gənclər evində” baş tutan tədbirdə təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, milli mənəvi dəyərlərimizin yaşadılması çox vacib məsələdir: “Bu dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün ən çox bizlərin üzərinə düşən vəzifədir. Çox sevindirici haldır ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı milli dəyərlərimizin qorunması, onların gələcək nəsillərə ötürülməsi üçün var qüvvəsi ilə çalışır. Bizim də məqsədimiz bu tədbirlərimizlə dövlətimizə qismən də olsa dəstək verməkdir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbirdə çıxış edərək, “Xan sarayı”ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə toxunub. Şərqşünas bunu Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğuru kimi qiymətləndirib: “Son ilər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Bu layihələr beynəlxalq təşkilatlarla, xüsusən də UNESCO ilə sıx əməkdaşlıq nəticəsində həyata keçirilib. Bu əməkdaşlığın belə yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir.

Fikrimcə, Milli vətənpərvərlik ruhunun yaşadılması mənəvi dəyərlərimizin mühafizə olunmasına ən böyük xidmətdir. Unutmamalıyıq ki, işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasında vətənpərvərlik ruhunun qorunması da ən başlıca prinsiplərdən biridir”.

Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov, Gənclər və İdman idarəsinin nümayəndəsi Nurlan Şibliyev mövzu ətrafında çıxış ediblər.

Tədbirə şəhər ictimaiyyət nümayəndələri və çoxlu sayda gənclər qatılıb.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …