Ana səhifə / Cəmiyyət / VƏTƏNDAŞ “AİLƏ TV”Nİ MƏHKƏMƏYƏ VERİR – “SÜRƏT YOXDUR, XƏBƏR SAYTLARI BLOKDADI…”

VƏTƏNDAŞ “AİLƏ TV”Nİ MƏHKƏMƏYƏ VERİR – “SÜRƏT YOXDUR, XƏBƏR SAYTLARI BLOKDADI…”

Bakı şəhəri Şərifli küçəsi 24-25, ev 6, menzil 29-a “Ailə TV” xətti ilə internet çəkdirən Fərhadov Emin adlı vətəndaş Azinforum.az-a şikayət ünvanlayıb. O, bildirir ki, daha sürətli internet xidmətindən yararlanmaq üçün, “Ailə TV” nin xidmətindən  istifadə etmək qərarına gəlib və elə hər şey də bundan sonra başlayıb:

“Reklamdan oxudum ki, bunlar optik xətlə internet xidməti təklif edir. Qeyd edim ki, devalvasiyadan sonra bu şirkət internetin qiymətini qaldırıb. 8 mbit sürət üçün aylıq 12 manat deyil, 18 manat ödəməklə razılaşıb internet çəkdirmək qərarına gəldim.

Elə bütün problemlər də bundan sonra başladı. Düz 3 gündür ki, mən internetdən istifadə edə bilmirəm. Buna görə mən , işimlə məşğul olmaq üçün başqa mənzillərə gedib internet axtarmağa məcbur olmuşam. Ötən 3 gün ərzində “Ailə TV” yə etdiyim zənglərin də heç bir faydası olmur. Şirkətin əməkdaşları mənimlə ötür-ötür  oynayır.

Biri gəlib deyir ki, bloka internet gəlmir. O birsi isə, bildirir ki, blokda problem yoxdur, mənzildədi. Qeyd edim ki,  mən internetə qoşulmaq üçün “Ailə TV”yə  modem üçün 36, aylıq 18, kabel üçün 2 manatı bu başdan ödəmişəm. Digər problem isə bundan ibarətdir ki, mən onların çəkdiyi internetlə ölkənin tanınmış xəbər saytlarına daxilı ola bilmirəm. Ən sonda isə, “Ailə TV” dən mənə bildirdilər ki, get hara istəyirsən şikayət et. Bu 3 gün ərzində mənə dəyən maddi və mənəvi ziyana görə “Ailə TV”ni məhkəməyə vermək qərarına gəlmişəm”.

Azinforum.az olaraq “Ailə TV”-nin də məsələyə münasibətini dinləməyə hazırıq.

M. MİRZƏ

Azinforum.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın