Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Vəkillər Kollegiyasına yeni sədr seçildi – FOTO

Vəkillər Kollegiyasına yeni sədr seçildi – FOTO

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edir.

Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.

Daha sonra VK Rəyasət Heyətinin üzvü, “Bakı Hüquq Mərkəzi” hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …