Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Vəkillər Kollegiyasına sənəd qəbulu bərpa edilir

Vəkillər Kollegiyasına sənəd qəbulu bərpa edilir

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.

Kollegiyadan daxil olan məlumatda bildirilib ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.

Sənədlər Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;

6. 3×4 sm və 4×6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;

7. Kadrların şəxsi məlumat vərəqəsi;

8. Tərcümeyi hal.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonları: 596-32-71, 594-14-95.

Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …